TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

AzMİU-da tələbə və magistrlərin XXXIV elmi konfransı keçirilmişdir

15.05.2012 / Konfranslar, İclaslar, Çıxışlar2620

Mayın 14-15-də AzMİU-da tələbə və magistrlərin ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş XXXIV elmi konfransı keçirilmişdir.

Konfransın plenar iclasında universitetin İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri, Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev "Tikinti obyektlərinin seysmodayanıqlığının dəyişməsinin və anomal seysmik proseslərin yaranmalarının gizli dövrünün monitorinq texnologiyaları və sistemləri" mövzusunda məruzə ilə çıxış etmişdir.