TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: 1 saylı “İdentifikаsiyа üsulları və idarəetmə sistemləri” şöbəsinin rəhbəri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: director@cyber.az

XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı işə başlayıb

05.12.2016 / Konfranslar, İclaslar, Çıxışlar1821

Dekabrın 5-də AMEA-nın Əsas binasında Fizika İnstitutunun təşkilatçılığı, AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarının (APCWQIS-2016) açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev açaraq konfransın kvant informatikasının gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. AMEA-nın akademi-katibi konfransın ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib, tədbirdə əldə olunan nəticələrin elmimiz üçün faydalı olacağına əminliyini ifadə edib. Akademik çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayıb, mühazirələrin dinləyiciləri olan yerli və xarici tələbələrə isə kvant informatikası haqqında daha çox məlumat əldə etməyi, gələcəkdə bu sahədə tədqiqat işləri aparmağı tövsiyə edib.

Sonra çıxış edən Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, tədbirin Təşkilat Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nazim Məmmədov kvant informatikasının yaranması və inkişafı tarixindən danışıb: "Amerikalı alim Riçard Feynman və digər görkəmli fiziklərin kvant informatikasının əsasını qoymasından 30 ildən çox vaxt keçir. Bu müddətdə güclü inkişaf etmiş bir elm sahəsinə çevrilən kvant informatikası fizikanın bir çox ənənəvi istiqamətlərini də əhatə edərək öz hüdudlarını kompüter və ifrat yüksək texnologiyalara qədər genişləndirib”.

Alim bildirib ki, bu gün hətta ən güclü klassik kompüterlərin və kvant alqoritmlərin öhtəsindən gələ bilmədiyi məsələləri gələcəkdə informasiya-kommunikasiya texnologiyalarının əsas elementi kimi kvant kompüterləri effektiv həll edəcək: "XXI əsrdə insan fəaliyyətinin bütün sahələri informasiya-kommunikasiya texnologiyaları ilə sıx bağlıdır. Texnologiyalar informasiyanı yığıb emal etdikdən sonra analiz və qərar qəbul etmək üçün son istifadəçiyə ötürür. Əgər bu proses sürətli olsa, qərar da tez qəbul olunar. Bu xüsusilə iqtisadiyyat sahəsi üçün çox mühüm əhəmiyyət kəsb edir. Kvant alqoritmləri və gələcək kvant kompüterləri məhz buna imkan verəcək”.

Sonra Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarının İdarə Heyətinin sədri, professor Çu Hiap Oh çıxış edib. Sədr bildirib ki, konfrans bundan öncə Sinqapur, Cənubi Koreya, Avstraliya, Çin, İsrail, Malaziya, Tayvan və Yeni Zelandiya kimi ölkələrdə təşkil olunub. Professor Çu Hiap Oh qeyd edib ki, hazırda kvant informatikası yaxşı inkişaf etmiş tədqiqat sahəsi olmaqla atom və optika fizikası, kvant optikası, aşağı temperaturlar fizikası, bərk cisimlər fizikası, kompüter elmləri və mühəndislik sahələrinin geniş marağındadır.

Daha sonra konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış edib. Natiq bildirib ki, hazırda AMEA Fizika İnstitutu dünya standartları səviyyəsində inkişaf edir və Fond bu işdə elmi müəssisəyə yaxından köməklik göstərir: "Elmin İnkişafı Fondu Fizika İnstitutuna müasir cihaz və avadanlıqların alınmasına həmişə dəstək olub. Çünki bu, institutda innovasiya sektorunun yaradılmasına, qısa müddət ərzində ciddi elmi nəticələrin əldə edilməsinə, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, xarici alimlərlə birgə elmi-tədqiqat işlərinin aparılmasına imkan yaradır”.

Elçin Babayev Fond tərəfindən Fizika İnstitutuna irimiqyaslı qrantlar yolu ilə qoyulmuş sərmayənin gələcəyə hesablanmış bir investisiya olduğunu deyib. Bildirib ki, rəhbərlik etdiyi qurum mütamadi olaraq institut alimlərinin xaricdə təcrübə keçməsinə, tədqiqat işlərinin nəticələrinin nüfuzlu elmi jurnallarda nəşrinə köməklik göstərir.

AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, direktor müavini t.e.d., professor Oqtay Nüsrətov və institutun digər əməkdaşları konfrasda iştirak etmişdirlər

Tədbirin birinci günü fasilədən sonra İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevin sədrlik etdiyi sessiya ilə davam edib.

Qeyd edək ki, XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı dekabrın 9-dək öz işinə sessiyalarla davam edəcək.