TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: 1 saylı “İdentifikаsiyа üsulları və idarəetmə sistemləri” şöbəsinin rəhbəri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: director@cyber.az

Bakıda Rusiya informasiya-mədəniyyət mərkəzinin layihələrinin yekunları ilə bağlı tədbir keçirilmişdir

23.12.2016 / Konfranslar, İclaslar, Çıxışlar1831

23 dekabr 2016-cı ildə Bakıda Rusiya informasiya-mədəni mərkəzində "Alimlər – uşaqlara", "Yer və göy" və "2016-cı ilin Kitabları və yazıçı- yubilyarları" layihələrinin yekunlaşdırması ilə bağlı təntənəli tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycandakı Rusiya əməkdaşlığı nümayəndəliyinin rəhbərinin müavini Aleksey Konnov layihənin reallaşdırmasında aktiv iştirak etmiş Azərbaycan alimlərinə : Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə üzrə prorektoru Gülşən Əliyevaya, Bakı Dövlət Universitetinin filologiya fakultəsinin dekan müavini Cavanşir Muradova, Azərbaycan Respublikası Xalq Təhsili Muzeyinin direktoru Lalə Bayramovaya, Bakı Dövlət Universitetinin nəzdində yerləşən "Rus dünyası" Fondunun Rus mərkəzinin rəhbəri Arzu Məmmədovaya Təşəkkür məktubları verdi.

Sonra lahiyələrin qalibləri mükafatlandırıldı.

Tədbir Bakı Musiqi Akademiyasının tələbələrinin və məktəblilərin çıxış etdiyi konsertlə davam edib.