TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 545
Xaricdə çıxmış elmi əsərlərin sayı: 225
Patentlərin sayı: 93
Kadr hazırlığı: 36 f.d. və 11 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: Direktor
Xidməti tel.: (+994 12) 5390151
Faks: (+994 12) 5392826
E-poçt: director@isi.az

İSİ-i və FAO arasında əməkdaşlıq

27.04.2017 / Konfranslar, İclaslar, Çıxışlar240

25 Aprel 2017-ci il İdarəetmə Sistemləri İnstutunda (İSİ-də) FAO-nun Azərbaycanda Əlaqə və Tərəfdaşlıq nümayəndəliyinin rəhbəri xanım Mələk Çaxmaqla görüş keçirilmişdir. Görüşdə qonaq son illər İdarəetmə Sistemləri İnstutunda (İSİ-də) əldə edilmiş elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi ilə taniş olmuşdur.

M. Çaxmaq İSİ –də yaradılmış "Regionda seysmik proseslərin başlanmasının intellektual seysmo-akustik xəbərdarlıq sistemi lahiyəsi” barədə məlumat almışdır. Bu layihənin nəzəri əsaslarını İSİ-də yaradılmış Robast noise texnologoyaları təşkil edir.

Görüşdə AMEA (İSİ) ilə FAO arasında gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır.

FAO-nun fəaliyyətinin prioritet istiqamətlərindən biri texnogen və təbii fəlakətlərin risklərinin azaldılması , ərzaq və kənd təsərrüfatı məhsulları sistemlərinin dayanıqlılığının artırılması məqsədi ilə dövlətlərə dəstək verməkdir və bu məqsədə çatmaq üçün regionlarda su resurslarının qorunması və rasional istifadəsi cox mühüm əhəmiyyət kəsb edir.

Bununla əlaqədar olaraq İdarəetmə Sistemləri İnstitutu (İSİ) FAO ilə əməkdaşlıq üçün "Regionda su anbarlarında təbii fəlakətlərin risklərinin azaldılması məqsədilə seysmik proseslərin intellektual seysmoakustik xəbərdarlıq sisteminin yaradılması” təklifi irəli sürmüşdür.

Təklif olunan layihədə AMEA Geologiya və Geofizika İnstitutunun və Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi nəticələri istifadə ediləcək. Eyni zamanda Milli Aviasiya Akademiyası tərəfindən təklif edilən LIDAR sisteminin istifadəsi nəzərdə tutulur.