TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 545
Xaricdə çıxmış elmi əsərlərin sayı: 225
Patentlərin sayı: 93
Kadr hazırlığı: 36 f.d. və 11 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: Direktor
Xidməti tel.: (+994 12) 5390151
Faks: (+994 12) 5392826
E-poçt: director@isi.az

"Elm və İnnovasiya" proqramının növbəti buraxılışı dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin elmi irsinə həsr olunub

25.10.2017 / Konfranslar, İclaslar, Çıxışlar45

Dünən saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanmışdır.

Veriliş dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru, AMEA-nın fəxri üzvü Lütfi Zadənin həyatı və elmi fəaliyyətinin müzakirəsinə həsr olunmuşdur.

Proqramın qonağı AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev olmuşdur.