TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 555
Xaricdə çıxmış elmi əsərlərin sayı: 330
Patentlərin sayı: 95
Kadr hazırlığı: 37 f.d. və 11 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: Direktor
Xidməti tel.: (+994 12) 5390151
Faks: (+994 12) 5392826
E-poçt: director@isi.az

Akademik Əşrəf Hüseynovun anadan olmasının 110 illiyinə həsr edilən tədbir keçirilib

13.12.2017 / Konfranslar, İclaslar, Çıxışlar539

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "Akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək Əməkdar elm xadimi, akademik Əşrəf Hüseynovun 110 illik yubileyinə həsr edilən toplantı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları akademik Əşrəf Hüseynovun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər.

Akademiyanın Əsas binasında baş tutan tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq akademik Əşrəf Hüseynovun mənalı ömür yolundan, elmi yaradıcılığından, müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri kimi fəaliyyətindən, elmi və təşkilati işlərindən danışıb.

Sonra Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov , Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov,  Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, və başqaları alimlə bağlı xatirələrini bölüşərək Əşrəf Hüseynovun adının ölkəmizin hər yerində daim böyük hörmət və ehtiramla anıldığını vurğulayıblar.

Tədbirdə İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev "Akademik Əşrəf Hüseynov Azərbaycanda kibernetika elmi məktəbinin yaradıcısıdır" mövzulu məruzəylə çıxış edib. Məruzəçi mərhumun Azərbaycanda kibernetika, idarəetmə sistemləri istiqamətindəki məhsuldar fəaliyyətindən danışıb, akademik Əşrəf Hüseynovun AMEA-da çalışdığı müddətdə təkcə elmimiz üçün deyil, iqtisadiyyatımız üçün də mühüm xidmətlərindən söz açıb: "O, Kibernetika İnstitutunun direktoru vəzifəsinə təyin edildikdən sonra müəssisənin elmi istiqamətlərini müəyyənləşdirmək, elmi məktəblər yaratmaq, elektron hesablama maşınlarını elmi tədqiqat proseslərində istifadə etmək, ölkənin qarşısına çıxan iqtisadi problemlərin həllinin elektron maşınlarda həyata keçirilməsini təmin etmək kimi aktual və çox çətin problemlərin həllinə nail olub". Alimin instituta rəhbərlik etdiyi illəri xatırlayan akademik Telman Əliyev o zaman institutun təkcə respublikada deyil, Sovet İttifaqı miqyasında tanınmış müəssisəyə çevrildiyini deyib.

Sonda görkəmli akademikin ailə üzvləri adından tədbirin təşkilatçılarına minnətdarlıq bildirilib.