TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 568
Xaricdə çıxmış elmi əsərlərin sayı: 333
Patentlərin sayı: 98
Kadr hazırlığı: 37 f.d. və 11 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: Direktor
Xidməti tel.: (+994 12) 5390151
Faks: (+994 12) 5392826
E-poçt: director@isi.az

AzMİU-da İT texnologiyalarının inşaatda tətbiqinə dair beynəlxalq konfrans keçirilib

05.07.2018 / Konfranslar, İclaslar, Çıxışlar385

Iyulun 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə “İnşaatda informasiya texnologiyaları və sistemlərinin tətbiqi imkanları və prespektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

Konfransda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik-katib Rasim Əliquliyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, AzMİU-nun İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri, akademik Telman Əliyev, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun rəhbəri Elçin Zeynalov iştirak edib. Eyni zamanda AMEA-nın müxtəlif insitutlarından və ali təhsil müəssisələrindən nümayəndələr, Özbəkistandan gələn qonaqlar da konfransa qatılıblar.

Konfransı giriş nitqi ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq gələn qonaqları salamlayıb, mövzunun aktuallığına diqqət çəkib. Universitetin rektoru qeyd edib ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) əsrində yaşadığımız bir zamanda belə bir konfransın keçirilməsinin mühüm əhəmiyyəti var. O, XXI əsrin daha çox elmin və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, İT texnologiyalarının həyatın bütün sahələrinə tətbiqi ilə səciyyələndiyini vurğulayıb. İnformasiya texnologiyaları sahəsində universitetimizdə çox böyük işlər gedir. Universitetin nəzdində İnformasiya texnologiyaları və sistemləri kafedrası bu inkişafa böyük töhfələr verir.

Tədbirdə iştirak edən Kamran İmanov da çıxışında vurğulayıb ki, insanın inkişafında ən mühüm amil elm, təhsil və müasir biliklərdir.
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə İT texnologiyalarının artıq müasir həyatın ayrılmaz bir hissəsi olduğunu və beynəlxalq təcrübədə bu texnologiyaların müxtəlif sektorlarda uğurla tətbiq olunduğunu qeyd edib. O bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində bu gün artıq bütün sahələrdə yeni alətlər tətbiq olunur, müxtəlif xidmətlər göstərən yeni formalı mexanizmlər yaranır.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik-katib Rasim Əliquliyev də bildirib ki, XX əsrin son və XXI əsrin ilk onilliyində informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. O bildirib ki, Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 02 aprel tarixli Sərəncamı ilə təsdiq edilib. Strategiyada bu sahənin inkişafı üzrə 2020-ci ilə kimi konkret məqsəd və vəzifələr müəyyən olunub.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov konfrans işgtirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Konfransın plenar iclasında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, AzMİU-nun İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri, akademik T.Əliyev və Özbəkistandan gəlmiş qonaq İbrohiməli Normatovun plenar məruzələri dinlənilib.

Məlumat üçün qeyd edək ki, iki gün davam edəcək konfransda 110 məruzənin dinlənilməsi nəzərdə tutulub.