TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Akademik Telman Əliyev «Мехатроника, автоматизация,управление» adli elmi-tədqiqat və sənaye jurnalın baş redaktoru ilə görüşüb

13.07.2018 / Konfranslar, İclaslar, Çıxışlar3014

13 iyul 2018-ci ildə İdarəetmə Sistemləri İnstutunda (İSİ-də) « Механика, автоматизация,управление» adli elmi-tədqiqat və sənaye jurnalın baş redaktoru, Lomonosov adına Moskva Dövlət Universitetin, Bauman adına Moskva Dövlət Texniki Universitetin Prof. Filimonov Nikolay Borisovich ilə görüş keçirilmişdir. İnstitutun direktoru, akademik T.A.Əliyev İSİ-də yerinə yetirilən elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verdi. İnstitut əməkdaşlarının əldə etdikləri nəaliyyətləri , patentləri, çap etdirdikləri monoqrafiyaları, xaricin nüfuzlu jurnallarında dərc olunmuş məqalələri, İSİ-nin təklif etdiyi layihələri, hazırladıqları cihazları, qurğuları və başqa materialları əks etdirən sərgi ilə qonaqları tanış etdi. Anomal seysmik proseslərin qeyd edilməsi üçün quraşdırılan telemetrik seysmostansiyaların iş prinsipi və zəlzələnin baş verəcəyi zonaların parametrlərinin qeydə alınması prinsipi qonağın marağına səbəb oldu.

Həmçinin görüş zamanı Prof. Nikolay Filimonov “ Всепобеждающая математизация и полиэдральный тренд современной теории управления» mövzusunda və İSİ-nin 1.9 saylı “Neft çıxarma obyektlərinin nəzarət, diaqnostika və idarəetmə sistemləri” laboratoriyasının müdiri, t. e d., dosent Asif Rzayev “İnnovativ texnologiyaların işlənməsi və tətbiqi ilə neftçıxarmanın intellektual online idarəetmə sisteminin yaradılması” mövzusunda prezentasiyalar təqdim etmişdilər. Sonra görüşün iştrakçılari ilə geniş müzakirə keçirilmişdir və verilən suallara cavab verilmişdir.