TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Texnologiya, mədəniyyət və beynəlxalq sabitlik üzrə beynəlxalq konfransı keçirildi (TECIS 2018)

16.09.2018 / Konfranslar, İclaslar, Çıxışlar2516

Sentyabrın 13-dən 15-dək Avtomatik Nəzarət üzrə Beynəlxalq Federasiyanın (IFAC) of Automatic Control) dəstəyi ilə Bakıda ilk dəfə Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik üzrə 18-ci IFAC beynəlxalq konfransı (TECIS-2018) keçirildi.
Konfransın təşkilində IFAC-ın Azərbaycandan tərəfdaşı qismində “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” (Azerbaijan Robotics and Automation Society - ARAS) İctimai Birliyi çıxış eddi. Bakıda təsis edilmiş, qısa müddətdə ciddi təşkilatlanma prosesi keçmiş ARAS ölkəmizdən IFAC üzvlüyünə yeganə namizəd təşkilatdır.

Bakı konfransının keçirilməsində əsas məqsəd texnologiya, mədəniyyət və beynəlxalq sabitlik sahəsi üzrə yeni tədqiqat nəticələrini təqdim etmək və ideya-təcrübə mübadiləsi aparmaq üçün sənaye və akademiya sahəsində alimləri, mütəxəssisləri bir araya gətirməkdir. Konfransın mövzuları avtomatik idarəetmənin texnika, iqtisadiyyat, robotika, tibb, sosial həyat və siyasət ilə əlaqəsini özündə əks etdirib.
Tədbirdə AMEA-nın Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri institutlarının əməkdaşları, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Xarici İşlər və Təhsil nazirliklərinin nümayəndələri, eləcə də Avstriyanın QHT-ləri və ali təhsil ocaqlarının rəsmiləri iştirak etdilər.
Sentyabrın 13-çü  konfransın açılış günü  İdarəetmə Sistemləri İnstitutun direktoru, akademik Telman Əliyev  plenar iclasda “Avtomatlaşdırılmış idarəetmə sistemlərində qəzaların başlanğıcının     noise nəzarəti ” mövzuda məruzə ilə çıxış etdi. Məruzə çox böyük marağa səbəb oldu.Həmçinin  akademik T. Əliyev konfransda fəal iştrakə görə  fəxri fərman ilə təltif edilmişdir.