TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 568
Xaricdə çıxmış elmi əsərlərin sayı: 333
Patentlərin sayı: 98
Kadr hazırlığı: 37 f.d. və 11 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: Direktor
Xidməti tel.: (+994 12) 5390151
Faks: (+994 12) 5392826
E-poçt: director@isi.az

"AVROPA-ASİYA NƏQLİYYAT KÖRPÜSÜ " 4-cü Gürcüstan-Polşa beynəlxalq elmi-texniki konfransı

09.10.2018 / Konfranslar, İclaslar, Çıxışlar181

8-11 oktyabr 2018-ci il tarixində Gürcüstanın Tiflis şəhərində "AVROPA-ASİYA NƏQLİYYAT KÖRPÜSÜ" 4-cü Gürcüstan-Polşa beynəlxalq elmi-texniki konfransı keçirtilmişdir.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik T.A. Əliyev konfransın 8 oktyabr tarixində keçirilmiş plenar iclasında "Qəzaların başlanğıcının və inkişaf dinamikasının Noise nəzarəti" mövzusunda məruzə ilə çıxış etmiş və institutun noise monitorinq texnologiyası və onun sənayedə tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərdən təfərrüatı ilə danışmışdır.

9 oktyabrda AMEA İdarəetmə Sistemləri İnstitutunun “Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri T.Ə.Babayev nəqliyyat sessiyasında "Qəzaların başlanğıcının və inkişaf dinamikasının Noise nəzarəti texnologiyaları və sistemləri, onların tikintidə və nəqliyyatda tətbiqi" adlı layihəsini nümayiş etdirmişdir. Nümayişə , bu layihə üçün yararlı olan Horizon 2020 2018-20 "InCo Flagship on Integrated multimodal, low-emission freight transport systems and logistics" (MG-2 - 9-2019) işçi proqramının tenderi haqqında informasiya da daxil edilmişdir.

Layihədə magistral xətt boyunca seysmik təhlükənin bildirişinin intellektual sisteminin; dəmiryol xəttində, körpülərdə, tunellərdə və bütün yol boyunca kommunikasiyalarda nasazlıqların başlanğıcının gizli dövrünün Noise nəzarətinin alt sistemlərinin yaradılması nəzərdə tutulur.

T. Babaev elmi-tədqiqat təşkilatlarını bu layihədə iştirak etmələri üçün konsorsiuma daxil olmağa çağırdı.

İnstitun direktoru akademik Telman Əliyevin rəhbərliyi altında İdarəetmə Sistemləri İnstitutu ilə birgə layihədə və əməkdaşlıqda iştirak etmək arzusunu bildirən Bolqarıstandan, Litvadan, Gürcüstandan, Almaniyadan və Polşadan gəlmiş alimlərlə çoxsaylı görüşlər keçirilmişdir . Tenderdə iştirak etmək üçün adı çəkilən ölkələrin nümayəndələrinin iştirakı ilə konsorsiumun yaradılması haqqında ilkin razılıq əldə olunmuşdur.