TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

İnstitutda FAO-nun nümayəndələri ilə görüş keçirildi

23.10.2018 / Konfranslar, İclaslar, Çıxışlar2407

23 oktyabr 2018-ci il tarixində İSİ-nin rəhbərliyi FAO-nun  Azərbaycandakı nümayəndələri ilə proqramın rəhbəri Natəvan Aslanova və layihə koordinatoru        Əfsanə Lətifova  ilə   görüş keçirildi. Görüş zamanı institutun direktoru Telman Əliyev FAO-nun nümayəndələrinə İSİ ilə FAO arasında əməkdaşlıq əlaqələrinin qurulmasını təklif etdi. FAO-nun nümayəndələrinə İSİ-nin  aşağıdakı layihələri təqdim olundu.

1. “Artezian quyularının   nəzarət, diaqnostika və idarəetmə sistemlərinin effektivliliyinin yüksəldilməsi üçün intellektual metodların  işlənilməsi  və tətbiqi”
2. “Regionda su hövzələrinin qorunması və baş verəcək təbii fəlakətlərin nəticələri və risklərin azadılması məqsədi ilə intellektual seysmo akustik erkən xəbərdarlıq sisteminin yaradılması”

Eyni zamanda bu ilin dekabr ayında FAO-nun nümayəndəsi cənab Rikkardo Biankalaninin  İSİ-yə səfəri ilə əlaqədar müzakirələr keçirildi.