TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 585
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: Direktor
Xidməti tel.: (+994 12) 5390151
Faks: (+994 12) 5392826
E-poçt: director@isi.az

Akademik Telman Əliyevin monoqrafiyası “Springer” nəşriyyatı tərəfindən online satışa buraxılmışdır

07.03.2019 / Yeni nəşrlər427

Springer Nature Switzerland AG nəşriyyatı tərəfindən 2019-ci il mart ayında İdarəetmə Sistemləri İnstitunun direktoru akademik Telman Əliyevin “Noise Control of the Beginning and Development Dynamics of Accidents” adlı monografiyası on-line satışa buraxılmışdır (https://link.springer.com/book/10.1007/978-3-030-12512-7).
Hal-hazıtda mövcud ənənəvi texnologiyalardan istifadə etməklə bir çox obyektlərin qəza vəziyyətinə keçməsinin gizli dövrünün başlanmasının qeydiyyatı çox gec baş verir. Bu əsasən faydalı siqnalla korrelyasiya olunmuş küylərin əmələ qəlməsi ilə əlaqədardır və nəticə etibarı ilə katastrofik qəzaların baş verməsinə səbəb olur.
 Qəzaların başlancığının Noise nəzarəti və inkşaf dinamikasının yeni texnologiyaları və sistemləri təklif olunur.
Noise nəzarət texnologiyaların tətbiqi ilə müxtəlif intelektal sistemlərin qurulması prinsipləri neft və qaz obyektlərində, qazma prosesində, stasionar dəniz neft platformalarında, kompressor stansiyalarında, nəqliyyat, aviasiya, energi, tikinti, seysmologiya və tibbdə tətbiq edilməsi mümkünlüyünün nümunələri verilmişdir.
Eyni zamanda göstərilmişdir ki, noise texnologiyalarından istifadə etməklə, küylü təsadüfi siqnalların ənənəvi üsullarla analizi nəticələrinin dəqiqliyini artırmaq mümkündür.