TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Springer Nature Switzerland AG nəşriyyatı tərəfindən 2019-ci il mart ayında İdarəetmə Sistemləri İnstitunun direktoru akademik Telman Əliyevin “Noise Control of the Beginning and Development Dynamics of Accidents” adlı monografiyası satışa buraxılmışdır

01.04.2019 / Yeni nəşrlər2707


https://link.springer.com/book/10.1007/978-3-030-12512-7


Monoqrafiyada akademik T. Əliyevin son 20 ildə noise texnologiyaları sahəsində apardığı elmi tədqiqatların nəticələri öz əksini tapmışdır. Əsərdə obyektlərin qəza vəziyyətinə keçməsinin gizli dövrünün başlanğıcının  Noise nəzarəti və inkişaf dinamikasının yeni texnologiyaları və sistemləri təklif olunur
(Qəzaların başlancığının Noise nəzarəti və inkşaf dinamikasının yeni texnologiyaları və sistemləri)
Hal-hazıtda mövcud ənənəvi texnologiyalardan istifadə etməklə bir çox obyektlərin qəza vəziyyətinə keçməsinin gizli dövrünün başlanmasının qeydiyyatı çox gec baş verir. Bu əsasən faydalı siqnalla korrelyasiya olunmuş küylərin əmələ qəlməsi ilə əlaqədardır və nəticə etibarı ilə katastrofik qəzaların baş verməsinə səbəb olur..

Noise nəzarət texnologiyaların tətbiqi ilə müxtəlif intelektal sistemlərin qurulması prinsipləri neft və qaz obyektlərində, qazma prosesində, stasionar dəniz neft platformalarında, kompressor stansiyalarında, nəqliyyat, aviasiya, energi, tikinti, seysmologiya və tibbdə tətbiq edilməsi mümkünlüyünün nümunələri verilmişdir.
Eyni zamanda göstərilmişdir ki, noise texnologiyalarından istifadə etməklə, küylü təsadüfi siqnalların ənənəvi üsullarla analizi nəticələrinin dəqiqliyini artırmaq mümkündür.


Çap olunmuş kitabı
Bilavasitə Springer nəşriyyatından:
www.springer.com/us/book/9783030125110

AMAZON dan:
https://www.amazon.com/Control-Beginning-Development-Dynamics-Accidents/dp/3030125114

və ya digər internet magazalardan sifariş etmək olar.