TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 568
Xaricdə çıxmış elmi əsərlərin sayı: 333
Patentlərin sayı: 98
Kadr hazırlığı: 37 f.d. və 11 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: Direktor
Xidməti tel.: (+994 12) 5390151
Faks: (+994 12) 5392826
E-poçt: director@isi.az

ISI-də Akademik Roalt Zinuroviç Saqdeev ilə görüş keçirildi

07.06.2019 / Konfranslar, İclaslar, Çıxışlar261

Akademik Roalt Zinuroviç Saqdeev 31 may 2019-cu il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun qonağı olmuşdur. Dünya şöhrətli məşhur fizik-alim bizim ölkəmiz qarşısında kosmik tədqiqatların təşkilatı üzrə çox böyük xidmətləri olan görkəmli alimdir. O həm də informatikanın idarəetmə sistemlərinin tarixinə və inkişaf mərhələlərinə dərindən bələddir. Onun İSİ-na gəlməsi hazırda  aparılan çox əhəmiyyətli və maraqlı problemlərlə bağlıdır. Bu görüşü tarixi bir hadisə hesab etmək olar. O, İSİ-da aparılan elmi tədqiqat işlərinə çox böyük maraq göstərdi, bir sıra problemlər onunla müzakirə edildi və gələcəkdə birgə işlər barəsində də müəyyən fikir mübadiləsi aparıldı.