TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 568
Xaricdə çıxmış elmi əsərlərin sayı: 333
Patentlərin sayı: 98
Kadr hazırlığı: 37 f.d. və 11 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: Direktor
Xidməti tel.: (+994 12) 5390151
Faks: (+994 12) 5392826
E-poçt: director@isi.az

İSİ-nin nümayəndələri Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgidə bir sıra görüşlər keçirmişdir

14.06.2019 / Konfranslar, İclaslar, Çıxışlar71

Iyunun 12-14 tarixlərində Bakı şəhərində, Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi keçirildi.

Konfrans  texnologiyaya əsaslanan qabaqcıl ticarət üzrə strategiyaların yenidən qurulması, gələcəyin yaşıl nəqliyyat və logistikasına sərhəd idarəçiliyinin münasibəti, maneəsiz sərhəd üçün smart hava limanları, daha təhlükəsiz və dayanıqlı ticarət üçün innovativ həllər, gələcəyə yönəlmiş nəqliyyat sahəsi ilə bağlı mövzuları əhatə edirdi.

Konfransın işində 80-dan çox ölkədən nümayəndə iştrak edir. İdarəetmə Sistemlərinin İnstitunun direktoru akademik Telman Əliyev, laboratoriya rəhbərləri t.e.d.    Quluyev Qəmbər, t.e.d. Əliyev Elçin , “Xarici Əlaqələr və innovasiya” şöbəsinin müdiri Tofiq Babayev də konfransda  iştrak etdilər.

Konfransin açılış mərasimində   Azərbaycan Respublikasının baş naziri  Novruz Məmmədov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, ÜGT-nin Baş katibi Kunio Mikuriya çıxış edib.

Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri, Avropa İttifaqının Horizon 2020 Proqramının Qanunvericilik və Maliyyə istiqaməti  üzrə Milli təmsilçisi, EU4Digital layihəsində elektron ticarət məsələləri üzrə ekspert Tofiq Babayev, Litvanın “İNTA” şırkətinin Prezidenti, EU4Digital layihəsinin Rəqəmsal Nəqliyyat Dəhlizləri (Digital Transport Corridors) üzrə Baş eksperti Vytautas Vitkauskasla, Layihə departamenti rəhbəri Donatas Limantas və ekspert Paulius Valiulislə Rəqəmsal Nəqliyyat Dəhlizləri bölməsində  Azərbaycan Gömrük sisteminin iştirakı ilə əlaqədar sorğunun keçirilməsi barədə   fikir mübadiləsi aparılmışdır.