TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Elmi şuranın növbəti iclası keçirildi

19.06.2019 / Konfranslar, İclaslar, Çıxışlar2260

19 iyun  2019-cu il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda aşağıdakı məsələ müzakirə edilmişdir:

1. 11 iyun 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının  Rəyasət Heyətinin AMEA-nın elmi-tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilərin keçirilməsi haqqında elana əsəsən İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsinə Elmi şura tərəfindən namizədliyin irəli sürülməsi.
QƏRARA ALINDI :

  1. Akademik Telman Abbas oğlu Əliyevin İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsinə seçilməsi üçün namizədliyi təsdiq edilsin.
  2. Akademik Telman Abbas oğlu Əliyevin İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsinə namizədliyinin qeydə alınması üçün AMEA-nın Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsinin qarşısında vəsatət qaldırılsın.