TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Akademik Telman Əliyev Polşada “9-cu Beynəlxalq Nəqliyyat Problemləri” konfransında iştirak etmişdir

29.07.2019 / Konfranslar, İclaslar, Çıxışlar2305

26-28 iyun 2019-ci il tarixində Polşanın Katovise şəhərində “9-cu Beynəlxalq Nəqliyyat Problemləri” konfransı keçirilmışdir.
Konfransda 23 ölkənin 90-dan artıq alim və tətqiqatçıları iştirak etmişlər.
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev konfransın 26 iyun  tarixində keçirilmiş plenar iclasında "Seysmik aktiv zonalarda dəmir yolu nəqliyyatının  təhlükəsizlıyinin təmin edilməsində noise texnologiyalarının istıfadə edilməsi imkanları”  mövzusunda məruzə ilə çıxış etmiş və institutun noise monitorinq texnologiyası və onun sənayedə tətbiqi sahəsində əldə etdiyi nəticələri barədə ətraflı məlumat vermişdir.
Akademik T. Əliyevin çıxışı çox böyük maraq  doğurmuş və çıxış  ətrafında geniş müzakirələr keçirilmişdir. Belə ki, 26-27 İyun tarixlərində T. Əliyev   Polşa Sileziya texniki Üniversitetinin professoru Aleksandr Sladkovski, Bolgaristan Ruse Universitetinin professorları Velizara Pençeva və Rosen İvanov, Rusiya Nəqliyyat  Universitetinin professoru Valentina Tarasova, Magnitogorsk Dövlət Texniki Universitetinin professoru Aleksandr Raxmanqulov, Gürcüstan Maşın mexanikası ETİ-nun direktoru akademik Tamaz Natriaşvili və  Gürcüstan Texniki universitetinin professorları Georgi Tumanişvili və Jəmil Gasimov ilə AMEA İdarəetmə Sistemləri institutunun yeni texnologiyalarından istifadə etməklə birgə əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Bundan əlavə Rumıniya Texniki Universitetinin və Litva Texniki universitetinin alımləri də birgə əməkdaşlığa hazır olduqlarını bildlrmişlər.
26 iyun tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun “Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri T.Ə.Babayev “Modern Logistika problemləri” sessiyasında Avropa Komissiyasının HORİZON 2020 və 2021-2027-ci illər üçün HORİZON EUROPE Elmi Tədqiqat Çərçivə Proqramında “Yeni İpək yolu” və Çinin “Bir kəmər və bir yol” layihəsi çərçivələrində  Rəqəmsal Nəqliyyat dəhlizi və nəqliyyat təhlükəsizliyi barədə birgə layihə nəşəbbüsü barədə məlumat verdi.
Layihədə magistral xətt boyunca seysmik təhlükənin bildirişinin intellektual sisteminin; dəmiryol xəttində, körpülərdə, tunellərdə və bütün yol boyunca kommunikasiyalarda nasazlıqların başlanğıcının gizli dövrünün Noise nəzarətinin alt sistemlərinin yaradılması ilə yanaşı multimodal yük daşımalarında rəqəmsal nexnologiyalarının geniş istifadəsi nəzərdə tutulur.
T. Babaev Konfransda iştirak edən ölkələri - elmi-tədqiqat təşkilatlarını bu layihədə iştirak etmələri üçün konsorsium yaratmağa  çağırdı.
Konfrans zamanı İnstitun direktoru akademik Telman Əliyevin rəhbərliyi altında İdarəetmə Sistemləri İnstitutu ilə birgə əməkdaşlıqda iştirak etmək arzusunu bildirən Polşa, Bolqarıstan, Rumıniya, Litva, Latviya, Gürcüstan, Kazağıstandan gəlmiş alimlərlə çoxsaylı görüşlər keçirildi və əməkdaşlıq haqqında ilkin razılıq əldə edildi.