TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

AMEA-nın beş institutunun direktoru vəzifəsinə seçkilər keçirilib

12.09.2019 / Konfranslar, İclaslar, Çıxışlar1951

Sentyabrın 12-də AMEA-nın Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə açan FRTEB-in akademik-katibi, akademik Nazim Məmmədov gündəlikdəki məsələləri diqqətə çatdırıb. Bildirib ki, bugünkü iclasda bölmənin Fizika, Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları, İdarəetmə Sistemləri və Biofizika institutlarında direktor vəzifəsini tutmaq üçün seçkilər keçiriləcək.
Gizli səsvermə yolu ilə akademik Nazim Məmmədov Fizika İnstitutu, AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutu, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu, akademik Telman Əliyev İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın müxbir üzvü Oktay Qasımov isə Biofizika İnstitutunun direktoru vəzifəsinə seçiliblər.

Səsvermədə 40 bölmə üzvündən 34-ü iştirak edib.
Seçkinin nəticəsinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Link: elm.az/news/open/11030