TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

İdarəetmə Sistemləri İnstitutunda I kurs magistrantlarla görüş keçirilmişdir

23.09.2019 / Konfranslar, İclaslar, Çıxışlar2020

23 sentyabr 2019-cu il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev I kurs magistrantlarla görüş keçirmişdir. 2019/2020-ci tədris ili üçün İnstitutunun magistraturasına 3 ixtisas üzrə 10 magistrant qəbul olunmuşdur. Görüşdə İnstitutun elmi işlər üzrə direktor müavini, texnika elmləri doktoru, professor Oqtay Nüsrətov, elmi katib Zəhra Əzizova, Xarici Əlaqələr və İnnovasiya Şöbəsinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev, Təhsil Şöbəsinin rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva və Kadrlar şöbəsinin müdiri Gülnar Quliyeva iştirak edirdilər.

Görüşü giriş sözü ilə açan akademik Telman Əliyev magistrantları İnstitutun magistraturasına qəbul olunmaları münasibətilə təbrik etmiş, onlara təhsil və elm yolunda müvəffəqiyyətlər arzu etmişdir. T.Əliyev İnstitutda magistrantların təhsil almaları və eyni zamanda elmlə məşğul olmaları üçün yaradılmış şəraitdən ətraflı danışmışdır. Daha sonra S.Quliyeva magistrantların dissertasiya mövzuları və iş üzrə elmi rəhbərləri haqqında məlumat vermişdir. Sonda O.Nüsrətov, Z.Əzizova, T.Babayev və G.Quliyeva magistrantlara öz arzu və tövsiyələrini bildirmişlər.