TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

08.10.2019 / Konfranslar, İclaslar, Çıxışlar2123

Oktyabrın 8-də AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti büro iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, eləcə də bir sıra alim və mütəxəssislər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan FRTEB-in akademik-katibi, akademik Nazim Məmmədov gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynov  ATLAS və CMS eksperimentlərində müşahidə olunmuş Hiqqs bozonu ilə bağlı açıq qalmış çoxsaylı sualların ortaya çıxdığını deyib. O, bu sualların cavablandırılması üçün bircins maqnit sahəsində kütləyə malik olan ixtiyari neytral bozonun W-bozon cütünə parçalanmasının tədqiq edildiyini qeyd edib.

Məruzə ətrafında akademiklər Nazim Məmmədov, Telman Əliyev, AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Bilal Bilalov, Oktay Qasımov, Bakı Dövlət Universitetinin professoru Sərhəddin Abdullayev, fizika-riyaziyyat elmləri doktoru Şakir Nağıyev suallarla çıxış ediblər.

Daha sonra akademik R.Əliquliyev AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2019-cu il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatının keçirilməsinin təşkili haqqında çıxış edib. O, gündəliyə daxil olan məsələlərin geniş şəkildə müzakirəyə çıxarılması məqsədilə bölmənin iclaslarının iki gün ərzində keçirilməsini təklif edib.

“AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”na təkliflər haqqında çıxış edən R.Əliquliyev AMEA-da növbəti 5 ildə yerinə yetiriləcək işlər, prioritet istiqamətlərdə həyata keçiriləcək tədqiqatlar, elm və təhsilin inteqrasiyası və digər aktual məsələlərlə bağlı görüləcək işlərə dair kompleks təkliflərin hazırlanaraq Rəyasət Heyətinə təqdim olunmasının vacibliyini qeyd edib.

İclasda FRTEB-in elmi-müəssislərinin maddi-texniki bazasının gücləndirilməsinə dair təkliflər də müzakirə olunub. Bildirilib ki, bölmənin bəzi institut və təşkilatları müasir proqram təminatlı texniki avadanlıqlarla təmin olunmalıdır. Həmçinin FRTEB-nə daxil olan müəssisələrin şəbəkə infrastrukturunun təkmilləşdirilməsi, elmi təyinatlı avadanlıqların əldə olunması və s. ilə bağlı təkliflərin hazırlanaraq AMEA Rəyasət heyətinə təqdim olunması tövsiyə edilib.

Tədbirin sonunda bir sıra kadr məsələlərinə baxılıb, sual və təkliflər səsləndirilib.