TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Akademik Telman Əliyev Gürcüstanda keçirilən “5-ci Beynəlxalq Nəqliyyat Problemləri” konfransında iştirak etmişdir

17.10.2019 / Konfranslar, İclaslar, Çıxışlar2073

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev  və “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri Tofiq Babayev 15-17 oktyabr 2019-cu il tarixlərində Gürcüstanın Kutaisi şəhərində  Akaki Tsereteli adına Texniki Universitetdə  keçirilən 5-ci Gürcü-Polşa Beynəlxalq Avropa-Asiya Nəqliyyat Körpüsü Elmi Texniki (“Transport Bridge Europe-Asia”) konfransında iştirak etmişdilər.

Konfransın işində Polşa, Litva, Latviya, Ukrayna, Gürcüstan və Azərbaycanın 25-dən  artıq alimləri nəqliyyat problemlərinə həsr olunmuş elmi tədqiqat işlərinin nəticələri ilə  çıxış etmişdilər.
Beynəlxalq konfransda T.Əliyev “Using fuzzy set theory and noise analysis technologies to enhance validity and reliability of control of the condition of the running gear of rolling stock” (“Qatarın  hərəkətli hissələrinin vəziyyətinə nəzarətin etibarlılığı və dürüstlüyünün artırılması üçün qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və noise texnologiyalarının tətbiqi")   adlı məruzə ilə çıxış edib.
Akademik T.Əliyevın  çıxışında “Bir Kəmər Bir Yol”  Şərq-Qərb Nəqliyyat Dəhlizi boyunca hərəkətdə olan qatarların təhlükəsizliyi, infrastruktur qurğuların (dəmir yolu, körpülər, tunnelər və s.) texniki vəziyyətinin monitorinqi üçün Noise texnologiyalarının istifadə olunması və müxtəlif tipli intellektual noise monitorinq sistemlərinin yaradılması və tətbiqi barədə geniş məlumat verilmişdir.

Çıxış ətrafında geniş müzakirələr keçirilmiş  və qarşılıqlı əməkdaşlıq  təkliflər barədə danışıqlar aparılmışdır.
Rafael Dvali adına Gürcüstan Maşın və Mexanizmlər İnstitunun (MMİ) direktoru, akademik Tamaz Natriaşvili ilə akademik T. Əliyev arasında MMİ və İSİ-nin  “Bir Kəmər Bir Yol”  Şərq-Qərb Nəqliyyat Dəhlizi boyunca intellektual monitorinq  təhlükəsizliklik  sistemlərinin yaradılması üçün   Memorandum imzalamaq barədə razlıq əldə edilmişdir.