TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 583
Xaricdə çıxmış elmi əsərlərin sayı: 381
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 11 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: Direktor
Xidməti tel.: (+994 12) 5390151
Faks: (+994 12) 5392826
E-poçt: director@isi.az

Akademik Telman Əliyev Bakıda keçirilən “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransında iştirak edib

29.11.2019 / Konfranslar, İclaslar, Çıxışlar28

Noyabrın 29-da AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) direktoru, akademik T. Əliyev İnformasiya Texnologiyaları İnstitutunda, İTİ və AMEA Rəyasət Heyətinin birgə təşkilatçılığı ilə keçirilən “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransında iştirak etmişdir.
Tədbirin açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik Ramiz Mehdiyev fərdi məlumatların mühafizəsinin ən fundamental insan hüquqlarından biri olan şəxsi toxunulmazlıq hüququnun ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb.

AMEA-nın prezidenti bildirib ki, fərdi məlumatların mühafizəsi məsələsinə, bütövlükdə, milli təhlükəsizlik prizmasından yanaşmaq lazımdır. Vətəndaşlar virtual mühitin xüsusiyyətlərini nəzərə alaraq öz fərdi məlumatlarının qayğısına qalmalı, onlarla düzgün davranmalıdırlar.

Konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəis müavini Azər Əhədov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-mayor, texnika üzrə elmlər doktoru İqbal Babayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək fərdi məlumatların mühafizə olunmasında təmsil etdikləri qurumların fəaliyyətindən və bu istiqamətdə görülən işlərdən söz açıblar.

Tədbirdə öz işini plenar iclas və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-texnoloji problemləri”, “Fərdi məlumatların təhlükəsizliyinin elmi-humanitar problemləri” və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-praktik problemləri” bölmələri üzrə davam etdirib.

Mənbə: www.science.az