TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Gürcüstan Texniki Universitetinin nümayəndəsi AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda olmuşdur

09.12.2019 / Konfranslar, İclaslar, Çıxışlar2153

9 dekabr 2019-cu il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) direktoru, akademik Telman Əliyev və Gürcüstan Texniki Universitetinin (GTU) “Nəqliyyat və Maşınqayırma” kafedrasının  professoru Cəmil Qasımov arasında görüş keçirildi.

C. Qasımov Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisində bilavasitə olaraq iştirak etmiş və Gürcüstan ərazisinin tikintisində koordinator vəzifəsində çalışmışdır. C. Qasımov İSİ-nin həyata keçirdiyi layihələrlə tanış olmuşdur. Şərq-Qərb Nəqliyyat Dəhlizində (xüsusən Bakı-Tbilisi-Qars dəmiryolu boyu) hərəkətin təhlükəsizliyi üzrə birgə aparıla bilən layihələr barədə və Gürcüstan Texniki Universiteti ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlığın formalarına dair fikir mübadiləsi aparılmışdır.