TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Akademik Telman Əliyev: “İnstitut əməkdaşlarının yerinə yetirdiyi işlər kifayət qədər effektiv və qənaətbəxş nəticələr verir”

22.04.2020 / Konfranslar, İclaslar, Çıxışlar2868

AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik T.A.Əliyev aprel ayının 21 onlayn müsahibə vasitəsi ilə Karantin dövründə İnstitutun elmi fəaliyyəti haqqında danışmışdır.
T.A.Əliyev öz müsahibəsində İnstitutun əməkdaşlarının karantin dövründə də elmi fəaliyyətlərini davan etdirdiklərini və mütəmaddi olaraq əlaqə saxlayaraq görülən işlər barəsində hesabat verdiklərini söyləmişdir: “İnstitutun əməkdaşları tərəfindən İki avroasiya patenti alınmışdır və iki patent Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə Avroasiya patenti alınması üçün təqdim edilmişdir. Bu dövr ərzində 17 elmi əsər nüfuzlu jurnallarda, o cümlədən 5-i Veb of Science bazasında dərc olunmuşdur, həmçinin 8 məqalə müxtəlif jurnallara və 3 monoqrafiya çapa təqdim etmək üçün hazırlanmışdır, xaricdə və Respublikada keçiriləcək Beynəlxalq konfranslara 11 əsər təqdim edilmişdir. 19 məqalə çapa təqdim olunmuşdur, onlardan 15 xarici jurnallara, o cümlədən 6 Veb of Science və 3-ü Skopuc bazalarda yerləşən. 3 monoqrafiya çapa təqdim edilmişdir, onlarda çox aktual mövzulara həsr edilmiş monoqrafiyalardır. Bundan başqa, gənc alimlər dissertasiyalar üzərində və onlayn şəkildə elmi rəhbərləri ilə əlaqə quraraq birgə çalışıblar. Hal hazırda 2 dissertasiya müdafiyəyə təqdim edilmək üçün hazırdır. İnstitutda 29 mart 2020-ci il tarixindən başlayaraq I kurs magistrantlar üçün distant tədris təşkil edilmişdir. Magistrantlar dərs proqramına uyğun olaraq dərslərinə davam edirlər.”

Akademik institutun alimləri Qəmbər Quluyev və Fərhad Paşayevlə birgə ciddi layihənin üzərində çalışdıqları barədə məlumat vermişdir: “Bildiyiniz kimi, 11 Mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədləri imzalanmışdır və bu sənədlərdən biri də Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında Anlaşma Memorandumu olmuşdur. Bu sənəd əsasında aşağıdakı layihənin yerinə yetirilməsi nəzərdə tutulub - “Zəlzələnin başlanmasının seysmookustik nois monitorinqi və onun ocağının zonası barədə xəbərdarlıq sistemi”. Bu ciddi bir layihədir və onun əsasında həm Türkmənistanda, həm də Azərbaycanda bir neçə seysmookustik stansiya tikilməlidir, onlar bir biri ilə radio kanal vasitəsi ilə, peyk vasitəsi ilə əlaqələndirilməlidir, və hər iki ölkənin stansiyalarında monitorinq mərkəzi olmalıdır, qərar qəbuletmə sistemi olmalıdıdr. Və nəticədə bu stansiyaların birgə işləməsi nəticəsində hər iki ölkədə anomal seysmik proseslərin başlanması monitorinq ediləcəkdir zəlzələdən təxminən 10-20 saat əvvəldən və bunun nəticəsində zəlzələnin baş verəcəyi barədə xəbərdarlıq etmət mümkün olacaqdır. Hal hazırda layihənin üzərində ciddi işlər aparılır və yaxın vaxtlarda bu işi başa çatdıracayıq. Bu yaxınlarda Türkmənistan tərəfi ilə video bağlantı qurulacaq və video müzakirə keçiriləcək. Bu müzakirədən sonra layihənin eskiz variantı üzərində işlər başlanacaqdır”.

T.A.Əliyev müsahibəsində son zamanlar dünyada baş verənlər nəticəsində neftə olan tələbatın azaldığını, və neftin qiymətinin aşağı düşdüyünü söyləmişdir. Bunun nəticəsində bir sıra neft mədənlərində rentabelliyi aşağı olan quyuların dayandırıldığını söyləmişdir. Lakin İnstitut tərəfdən tətbiq edilən sistem nəticəsində elektrik enerjisinin qənaəti və başqa faktorlar hesabına həmin quyuların rentabelliyi artır və həmin quyuların işləməsi əlverişli olur. Akademik həmin sistemin tətbiq olunduğu quyuların işlərinin dayandırılmadığını və onların effektiv olduğunu vurğulamışdır. Akademikin sözlərinə görə vaxtı ilə yaradılan sistem effektiv olduğunu göstərmiş və gələcəkdə Azərbaycanda və xarici ölkələrdə bütün gücdən düşmüş mədənlərin hasilat quyularında tətbiq edilə biləcəyini söyləmişdir. T.A.Əliyev gələcəkdə neft mədənləri üçün hasilat quyularını su vurma quyuları ilə əlaqələndirərək onların su hopma rejimində işləməsini təşkil edərək bu effektivliyin dəfələrcə artacağını əminliklə söyləmişdir. T.A.Əliyev bu işlərin AMEA-nın və ölkəmizin nailiyyətlərindən biri hesab edilə biləcəyini bildirmişdir.

T.A Əliyev gələcəkdə yerinə yetiriləcək elmi işlərin planda olduğunu, və bu işlərin hamısının institutun alimlərinin aldığı elmi-nəzəri işlərin əsasında qurulduğunu söyləmişdir.
T.A.Əliyev İnstitutun əməkdaşlarının yerinə yetirdiyi işləri qənaetbəxş və kifayət qədər effektiv hesab etdiyini söyləmişdir.

Müsahibənin sonunda T.A.Əliyev ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı görülən tədbirlər nəticəsində epidemiyanın yaxında başa çatmasını və İnstitutda yerinə yetirilən işlərin real laboratoriyalarda davam etdirilməsini arzu etmişdir.