TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 568
Xaricdə çıxmış elmi əsərlərin sayı: 333
Patentlərin sayı: 98
Kadr hazırlığı: 37 f.d. və 11 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: Direktor
Xidməti tel.: (+994 12) 5390151
Faks: (+994 12) 5392826
E-poçt: director@isi.az

Kibernetika, İnformasiya texnologiyaları və Texnika üzrə Problem Şurasının növbəti iclası keçirildi

10.11.2011 / Konfranslar, İclaslar, Çıxışlar883

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Kibernetika, İnformasiya texnologiyaları və Texnika üzrə Problem Şurasının növbəti iclası keçirildi.
İclası Problem Şurasının sədri akademik İsmayıl İbrahimov açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

Tədbirdə Kibernetika, İnformasiya texnologiyaları və Texnika sahəsində 2011-ci ildə əldə olunmuş nəticələr və 20 ildə qazanılmış nailiyyətlər, PCI-2012 konfransının keçirilməsi və bir sıra cari məsələlər müzakirə olundu.

Tədbirdə çıxış edən AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev və AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev şuraya daxil olan institut və təşkilatların son 20 ildə əldə etdiyi nailiyyətlər haqqında materialların 20 gün ərzində hesabat şəkilində Şuraya təqdim edilməsini və kitab şəkilində dərc olunmasını təklif etdilər.

PCI-2012 konfransının 2012-ci ilin sentyabr ayında keçirilməsi qərara alındı.

Akademik Fikrət Əliyev, AMEA Elmi-Təşkilat Şöbəsinin rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru Əminağa Sadıqov, Problem Şurasının elmi-katibi t.e.n. Ədalət Paşayev və texnika üzrə fəlsəfə doktoru Tahir Əlizadə gündəlikdə duran məsələlərlə bağlı təkliflərini bildirdilər.

istinad: ict.az