TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc olunub

05.08.2021 / Konfranslar, İclaslar, Çıxışlar1531

AMEA-nın müşaviri akademik Telman Əliyev,  "Stokastik proseslərin müəyyən edilməsi" laboratoriyasının müdiri, t.e.d., professor Nailə Musaeva və institutun dissertantı Mətanət Süleymanovanın həmmüəllifi olduqları “Küyqarışıq siqnalların küylərinin xarakteristikaları əsasında tunellərdə qəzaların baş vermə ehtimalının təyin edilməsi alqoritmləri” adlı məqalə «Cybernetics and Systems Analysis» nüfuzlu elmi jurnalda dərc olunub.
https://doi.org/10.17587/mau.22.357-364

Məqalədə, tunellərdə inkişaf nəticəsində qəzalara səbəb ola biləcək müxtəlif növ qüsurların olma ehtimalını hesablamaq üçün alqoritmlərin yaradılması müzakirə olunmuşdur. Göstərilmişdir ki, nasazlıqların gizli dövründə ilkin təhlükəli dəyişiklikləri təyin etməyin daha etibarlı göstəriciləri, küyqarışıq siqnaldan fərqlənməyən küyün xarakteristikalarıdır. Eyni zamanda qeyd olunmuşdur ki, küyün məqbul və kritik qiymətlər alma ehtimalı tunellərin texniki vəziyyətindəki dəyişikliklərin göstəricisidir.  Buna görə də küyün qiymətlərinin verilmiş intervala düşmə ehtimalının hesablanması üçün alqoritmlər yaradılmışdır.
Məqalədə göstərilmişdir ki, bu ehtimallar tunellərdə ilkin nasazlıqların etalon çoxluqları kimi saxlanılır. Ehtimal olunan qiymətlər üzərində aparılan təcrübədən sonra müxtəlif zaman kəsiyində küy verilmiş qiymətləri alır ki, bu da qüsurun növünə və mümkün texniki vəziyyətlərdən birinə uyğunlaşdırılır: sazlılıq, işlək, qismən işlək, qeyri-işlək, ilkin qəzalı, qəzalı və s. Bundan başqa göstərilmişdir ki, küyün müxtəlif vaxtlarda eyni qiymətlər aldığı ehtimallardakı fərqlər tunellərdə yaranan nasazlıqdakı dəyişikliklərin dinamikasının göstəricisidir. İşdə həmçinin nasazlıqların inkişaf intensivliyinin informativ əlamətlər bazası da yaradılmışdır. Bu baza üçün qüsurun inkişaf dinamikasının əhəmiyyətsiz, yavaş, əhəmiyyətli və intensiv kimi göstəriciləri müəyyən edilmişdir.