Arktika Elmlər Akademiyasının prezidenti Valeriy Mitko və elm-katibi, t.e.d. Marina Minina İSİ-ni ziyarət ediblər. Onlar əməkdaşlıq memarandum çərçivəsində institutda son görülən işlərlə tanış olublar. Həmçinin V. Mitkoya və M. Mininaya institutda həyata keçirilən üç layihə barədə məlumat verilmişdir:
1. Tikintidə və nəqliyyatda qəzaların baş verməsinin başlanğıcı və inkişaf dinamikasının noise nəzarət texnologiyaları və sistemləri
2. Regionda su hövzələrinin qorunması və baş verəcək təbii fəlakətlərin nəticələri və risklərin azadılması məqsədi ilə intellektual seysmo akustik erkən xəbərdarlıq sisteminin yaradılması
3. İnnovativ texnologiyaların işlənilməsi və tətbiqi ilə neftçıxarmanın intellektual online idarəetmə sisteminin yaradılması.
Sonra İSİ və Arktika Elmlər Akademiyası arasında gələcək əməkdaşlıq barədə müzakirələr keçirilmişdir.