AMEA-nın Kibernetika İnstitutunda hazırlanmış proqnozlaşdırmanın intellektual monitorinq sistemi gələcəkdə zəlzələlərin koordinatlarını və mənbələrini müəyyən etməyə imkan yaradacaq.
Cümə axşamı Bakıda keçirilmiş "Müasir İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı perspektivləri” adlı konfransda institutun direktoru Telman Əliyev bu mövzu ilə çıxış etmişdir.
Telman Əliyevin sözlərinə görə, "küylərin analizinə əsaslanan sistem 300-400 km radiusunda baş verən zəlzələləri 5-20 saat əvvəl xəbər vermək imkanına malikdir. Hal-hazırda Azərbaycanda 4 belə stansiya quraşdırılmışdır. Onlar Qum Adası, Siyəzən, Şirvan və Naftalanda yerləşirlər. İnformasiya qəbul edən baş server "Kibernetika İnstitutunda", digər ikisi isə müvafiq olaraq "Fövqəladə Hallar Nazirliyində" və "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində" yerləşir.. Bu dörd stansiyadan istifadə edərək, Azərbaycan öz seysmik təhlükəsizliyini təmin etməklə yanaşı nəinki zəlzələlərin vaxtını, həm də onların koordinatlarını müəyyən etmək mümkün olacaqdır. Perspektivdə zəlzələlərin gücünü də müəyyən etmət mümkün olacaqdır. Hazırki vaxtadək müsbət nəticələr əldə edilmiş və hal-hazırda da bu istiqamətdə işlər görülməkdə davam edir”.
İnstitut tərəfindən "Seysmik təhlükəsizliyin monitorinq sistemi” adlı sənəd hazırlanmış və yaxın vaxtlarda Dövlət orqanlarına təqdim olunacaqdır.
Əliyevin sözlərinə görə, Azərbaycanda hər ay 2-3 maqnitudalı bir neçə zəlzələ qeydə alınır. Seysmik proseslərin analizi üçün ARDNŞ-nin (Azərbaycan Dövlər Neft Şirkəti) istismarı dayandırılmış quyularından istifadə olunur. Quyularda quraşdırılmış vericilər birbaşa olaraq institutda yerləşən serverə qoşulmuşlar, bu da real zaman kəsiyində küləyin sürəti, təzyiqi, temperatura və s. informasiyalar haqqında məlumat almağa imkan verir. İnformasiya siqnallara çevrilir və sonra radiokanal vasitəsi ilə idarəetmə mərkəzinə çatdırılır. Hər bir siqnal özünəməxsus əngələ malikdir ki, onlar vasitəsi ilə anomal prosesləri proqnozlaşdırmaq imkanı yaranır.
link: day.az