“İntechOpen” nəşriyyatı akademik Telman Əliyevi “İntelligent system of noise control of the technical condition of railroad tracks” adlı məqaləsində dərc olunan araşdırmaya görə Dr.Marco Caniato və Dr. Federica Bettarellonun redaktorluğu ilə nəşr olunacaq kitabın bir fəslin müəllifi olmağa dəvət edib.
Qeyd edək ki, “Intech Open” dünyanın aparıcı elm, texnologiya, tibb jurnallarının, kitablarının nəşriyyatı və yayımçısıdır. Təşkilatın məqsədi tədqiqatçılara elmi işlərini dünyanın müxtəlif ölkələrində yaymağa kömək etməkdən ibarətdir.
Digər məhtub isə “Frontiers in the Earth Science” nəşriyyatı tərəfindən ünvanlanıb.
Məktubda qeyd olunur ki, Frontiers in the Earth Science nəşriyyatı akademik Telman Əliyevin “Robust technology and system for management of sucker rod pumping units in oil wells” adlı məqaləsinin mövzusu ətrafında yeni məqalələr kolleksiyası nəşr etmək arzusundadır. Bununla bağlı akademik T.Əliyevə dəvət olunmuş redaktor olması ilə bağlı müraciət olununmuşdur.