AMEA-nın müşaviri, akademik Telman Əliyevin “Noise Control of the Beginning and Development Dynamics of Accidents” kitabı “Springer” nəşriyyatı tərəfindən 2019-cu ildə “SpringerLink Engineering” elektron kitablar kolleksiyasına daxil olmuş və onun bir hissəsi kimi çap olunmuşdur.
T.Əliyevin Noise analiz nəzəriyyəsi ilk dəfə olaraq Springer nəşriyyatı tərəfindən çap edilmiş bu kitabda öz əksini tapmış və onun elektron variantı 1388 nüsxə satılmışdır (yüklənmişdir).
Bununla bağlı Akademik Telman Əliyevə Springer nəşriyyatı tərəfindən iki məktub ünvanlanıb. Həmin məktubların mətnini diqqətinizə çatdırırıq.
Hörmətli Telman Əliyev,
Biz sizə böyük məmnuniyyətlə xəbər vermək istərdik ki, sizin “Qəzaların başlanması və onun inkişaf dinamikasına küy (Noise) nəzarəti” adlı kitabınızın elektron variantı “Mühəndis işləri” elektron kitabları kolleksiyasına qəbul edilmiş və onun bir hissəsi kimi çap olunmuşdur.
Springer nəşriyyatının optimal axtarış strategiyası sizin kitabınızın bazarda məqsədyönümlü təbliğatı barədə (bizim yeni kitablar və elektron kompaniyalar haqqında bildirişlərimiz vasitəsilə) optimal görüntünü təmin etməkdən və bütün dünya təşkilatlarının tədqiqatçılarının, tələbələrinin və mütəxəssislərinin diqqətini cəlb etməkdən ibarətdir.
© Springer 2019
© Springer 2021