TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Akademik Telman Əliyevə Springer nəşriyyatından iki məktub ünvanlanıb

17.11.2021 / Konfranslar, İclaslar, Çıxışlar1429

AMEA-nın müşaviri, akademik Telman Əliyevin “Noise Control of the Beginning and Development Dynamics of Accidents” kitabı “Springer” nəşriyyatı tərəfindən 2019-cu ildə “SpringerLink Engineering” elektron kitablar kolleksiyasına daxil olmuş və onun bir hissəsi kimi çap olunmuşdur.  

T.Əliyevin Noise analiz nəzəriyyəsi ilk dəfə olaraq Springer nəşriyyatı tərəfindən çap edilmiş bu kitabda öz əksini tapmış və onun elektron variantı 1388 nüsxə satılmışdır (yüklənmişdir).

Bununla bağlı Akademik Telman Əliyevə Springer nəşriyyatı tərəfindən iki məktub ünvanlanıb.  Həmin məktubların mətnini diqqətinizə çatdırırıq.


  

Hörmətli Telman Əliyev,

Biz sizə böyük məmnuniyyətlə xəbər vermək istərdik ki, sizin “Qəzaların başlanması və onun inkişaf dinamikasına küy (Noise) nəzarəti” adlı kitabınızın elektron variantı “Mühəndis işləri” elektron kitabları kolleksiyasına qəbul edilmiş və onun bir hissəsi kimi çap olunmuşdur.

Springer nəşriyyatının optimal axtarış strategiyası sizin kitabınızın bazarda məqsədyönümlü təbliğatı barədə (bizim yeni kitablar və elektron kompaniyalar haqqında bildirişlərimiz vasitəsilə) optimal görüntünü təmin etməkdən və bütün dünya təşkilatlarının tədqiqatçılarının, tələbələrinin və mütəxəssislərinin diqqətini cəlb etməkdən ibarətdir.

© Springer 2019


 

© Springer 2021



Kitabı bu linkdən əldə edə bilərsiniz.