TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: 1 saylı “İdentifikаsiyа üsulları və idarəetmə sistemləri” şöbəsinin rəhbəri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: director@cyber.az

İdarəetmə Sistemləri İnstitutu (İSİ) illik hesabatını təqdim etmişdir

25.12.2015 / Konfranslar, İclaslar, Çıxışlar1651
25 dekabr 2015-ci il tarixində İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan elmi-tədqiqat institutlarının illik hesabatları dinlənilmişdir.


İclasda İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev institutun 2015-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunu haqqında hesabatını təqdim etdmişdir.

Akademik bu il AMEA-nın 70 illik yubeliyi ilə yanaşı, İSİ-nin də 50 illik yubileyinin keçirilməsini qeyd etmişdir.

Sonra direktor 2015-ci ildə elmi-tədqiqat işləri planlarının yerinə yetirilməsi və alınmış mühüm nəticələr, həmçinin fundamental elmi-tədqiqat işlərinin nəticələrinin sənayədə tətbiqi, beynəlxalq əlaqələr və qrantlar,nəşr fəaliyyəti, konfranslar, sessiyalar, seminarlar, yubileylər və digər görülmüş işlər barədə məlumat vermişdir.

Təqdim olunan hesabat bölmə tərəfindən qəbul edilmiş və müsbət qiymətləndirilmişdir.