TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: 1 saylı “İdentifikаsiyа üsulları və idarəetmə sistemləri” şöbəsinin rəhbəri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: director@cyber.az

İdarəetmə Sistemləri İnstitutu “Thomson Reuters” şirkətinin “Web of Science” mükafatına layiq görülmüşdür

08.11.2016 / Konfranslar, İclaslar, Çıxışlar1680

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu əməkdaşlıq etdiyi, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan "Thomson Reuters” şirkəti ilə birgə Azərbaycan elmi ictimaiyyəti üçün "Web of Science” mükafatları – 2016- nı təqdim edib.

Mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində aparıcı elmi axtarış platforması olan "Web of Science” bazası əsasında tərtib olunub. Analiz "Thomson Reuters” və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi-tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb.

AMEA İdarəetmə Sistemləri İnstitutu da "Web of Science” mükafatına layiq görülən elmi-tədqiqat qurumları sırasındadır.

Tədbirdə beynəlxalq meyarlar əsas götürülməklə ən məhsuldar qurum, nüfuzlu elmi jurnal və alimlər mükafatlandırılıblar.