TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 568
Xaricdə çıxmış elmi əsərlərin sayı: 333
Patentlərin sayı: 98
Kadr hazırlığı: 37 f.d. və 11 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: Direktor
Xidməti tel.: (+994 12) 5390151
Faks: (+994 12) 5392826
E-poçt: director@isi.az

AMEA İdarəetmə Sistemləri İnstitutunun növbəti Elmi Şurası keçirilmişdir

30.11.2018 / Konfranslar, İclaslar, Çıxışlar27

30 noyabr 2018-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun növbəti Elmi Şurasının iclası keçirildi. İclasda İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev institutun 2018-ci il üzrə elmi və elmi-təşkilatı fəaliyyətinin yekunu haqqında hesabatı təqdim etdi.

Telman Əliyev 2018-ci il ərzində aşağıda görülmüş işlər barədə məlumat verdi:
- elmi-tədqiqat işləri planlarının yerinə yetirilməsi və alınmış mühüm nəticələr;
- patentlər:
- elmi-tədqiqat proqramlarının müsabiqələrdə iştirakı: qrantlara layiq görülən işlər,  davam etdirilən layihələr, başa çatdırılmış layihələr və proqramlar;
- kadr hazırlığı;
- xarici qonalarla görüşlər;
- Institutun  jurnalı.