TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

İSİ-də Elm Gününə həsr olunan elmi seminar keçirildi

29.03.2019 / Konfranslar, İclaslar, Çıxışlar2245

29 mart 2019-cu il   Elm Gününə həsr olunan tədbirlər planına müvafiq olaraq AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda “Avropa Birliyi HORİZON 2020 proqramında Azərbaycan alimlərinin iştirakı” mövzusunda elmi seminar keçirildi.  Seminarda İSİ-nin əməkdaşları, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Memarlıq və İncəsənət İnstitutunun, “TRIZ Developers Summit” Beynəlxalq Assosiasiyasının, DİN-nin Polis Akademiyasının, Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Fizika İnstitutunun, Bakı Ali Neft Məktəbinin və digər institutuların  nümayəndələri iştirak etdilər.

Seminarı giriş sözü ilə  İSİ-nin direktoru akademik Telman Əliyev açdı.  Akademik Azərbaycan elmində əldə olunan nailiyyətlərdən, elmin  indiki vəziyyətindən və inkisaf perspektivlərindən danışdı. Sonra  İSİ-nin “Xarici Əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, Avropa İttifaqının HORİZON 2020 Proqramının Qanunvericilik və Maliyyə üzrə milli təmsilçisi, AB-nin “HDM İnitiatives” layihələrinin elektron ticarət məsələləri üzrə eksperti Tofiq Babayev  HORİZON 2020 Proqramına həsr edilmiş  təqdimatla çıxış etdı. T.Babayev təqdimatında AB-nin Eımi Tədqiqat Çərçivə proqramlarının tarixi, AB-nin EUROPE 2020 Strategiyası, HORİZON 2020 Proqramının tərkib hissələri, tədqiqatçıların proqramda iştirak və qeydiyyat qaydaları, layihə tenderlərinin axtarışı, layihələrin növləri,  konsorsium yaradılması barədə  seminar iştirakçılarına geniş məlumat verdi.

Təqdimatda xüsusi olaraq azərbaycan alim və tətqiqatçıların HORİZON 2020-də iştirakı imkanları və onun qenişləndirilməsi barədə məlumat verildi.
Təqdimat  ətrafında müzakirələr aparıldı və verilən suallar cavablandırıldı.