TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

İSİ ilə Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında görüş keçirildi

14.10.2019 / Konfranslar, İclaslar, Çıxışlar2001

14 oktyabr 2019-cu il tarixində Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) Hanbat Milli Universitetinin professoru Jong In Choi rəhbərliyi ilə bir  qrup nümayəndəsi ( Qlobal Tədris Proqram Qrupun rəhbəri Eun Joo Kim, Qlobal İnnovasiya Strategiya Diviziyasının tədqiqatçısı So Hyun Kwon) AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda olmuşdular. STEPI nümayəndələri ilə  İSİ-nin direktoru akademik Telman Əliyev və bir qrup elmi işçi arasında  görüş keçirildi. Qonaqlar institutda son görülən işlərə aid sərgi ilə tanış olublar. Həmçinin T.Əliyev qonaqlara instututda həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi. Sonra İSİ və STEPİ arasında gələcək əməkdaşlıq barədə müzakirələr keçirildi.