Mayın 14-15-də AzMİU-da tələbə və magistrlərin ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş XXXIV elmi konfransı keçirilmişdir.
Konfransın plenar iclasında universitetin İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri, Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev "Tikinti obyektlərinin seysmodayanıqlığının dəyişməsinin və anomal seysmik proseslərin yaranmalarının gizli dövrünün monitorinq texnologiyaları və sistemləri" mövzusunda məruzə ilə çıxış etmişdir.