TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Akademik Telman Əliyevə Yonsei Universiteti tərəfindən məktub ünvanlanıb

02.02.2026 / Mühüm hadisələr184

Akademik Telman Əliyevə Cənubi Koreyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan Yonsei Universiteti tərəfindən məktub ünvanlanıb. Məktubda "An Intelligent System for Identifying Track Hauls Requiring Out-of-Turn Control of the Railroad Bed" (Интеллектуальная система выявления участков пути, требующих внеочередного контроля железнодорожного полотна) adlı əsərinin süni intellekt sahəsinə dəyərli töhfə verəcəyi bildirilir, akademikin yeni tədqiqatlarının nəşrinə maraqlı olduqları qeyd olunur.