Bu gün Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının rabitə və informasiya texnologiyaları bölümünün hazırlanması ilə əlaqədar Dəyirmi masa keçirilib.
Dəyirmi masada rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə İKT-nin inkişafı və gələcəkdə bu sahə ilə bağlı həyata keçiriləcək layihələr haqqında geniş məlumat verib. Ə.Abbasov İKT-nin iqtisadiyyatın sürətli inkişafı üçün böyük təsirə malik olduğunu bildirib.
Tədbirdə həmçinin, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Milli Məclisin deputatı Asəf Hacıyev, AMEA-nın Kibernetika İnstitutunun direktoru Telman Əliyev və YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov çıxış edərək ölkəmizdə İKT-nin inkişafı ilə bağlı fikirlərini bildiriblər.