13-15 oktyabr 2016-cı il tarixində Türkiyənin Kayseri şəhərində Beynəlxalq aerokosmik AEROEX 2016 sərgi keçirilib. (http://aeroex.org).
AEROEX 2016 sərgisinin əsas məqsədi aviasiya və kosmik texnologiyalar sahəsində çalışan alimlər, təşkilatlar və şirkətlər arasında yeni əlaqələr və əməkdaşlıqların qurulmasıdır. Sərginin əsas mövzuları: aerokosmik materiyallar, avionika, aerokosmik kommunikasiya sistemləri, enerji səmərəliliyi, "yaşıl” texnologiyalar, başlanğic sistemləri, peyk texnologiyaları, dron yaradma və istifadə texnologiyaları.
İdarəetmə sistemləri İnstitutunun direktoru akademik Telman Əliyev sərgiyə münsiflər heyətinin üzvü kimi dəvət olunmuşdur. T. Əliyev sərginin 13 oktyabr panel sessiyasında "Uçuş aparatlarının texniki vəziyyətinə ekvivalent olan korrelasiya matrislərinin formalaşması texnologiyası” mövzusunda çıxış etmişdir. 14 oktyabr T. Əliyev Konfransda "Aviasiyada defektlərin noise monitorinqi” adlı layihə təqdimatı ilə çıxış etmişdir. T. Əliyev konfrans təşkilatçıları tərəfindən Fəxri Diplomla təltif edilmişdir. İSİ-nin "Xarici əlaqələr və innovasiya” şöbəsinin rəhbəri Tofiq Babayev sərgiyə dəvət olunanlar arasında idi. O, AEROEX 2016 sərgisinin face-to- face tədbirində xarici alimlərlə iki tərəfli görüşlər keçirdmiş və Azərbaycan alimlərinin elmi layihələrini təqdim etmişdir.