18 oktyabr 2016-cı il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutu və TRİZ (теории решения изобретательских задач (ixtiraçılıq məsələlərinin həlli nəzəriyyəsi)) istehsalçılar Sammiti arasında elmi əməkdaşlıq və tətbiq etmə məqsədi ilə memorandum imzalanmışdır. Memorandum İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Abbas oğlu Əliyev və TRİZ istehsalçılar Sammitinin rəhbəri Rubin Mixail Semenoviç tərəfindən imzalanmışdır. Bundan sonra TRİZ-in yaradıcısı olan Henri Sauloviç Altşullerin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə İdarəetmə Sistemləri İnstitunun bir sıra əməkdaşları iştirak etmişlər.