TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Azərbaycan və Belarus arasında elmi-texniki əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçirilib

14.11.2016 / Konfranslar, İclaslar, Çıxışlar2756

14.11.2016-cı il tarixində AMEA Rəyasət Heyətində Azərbaycan və Belarus arasında elmi-texniki əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçirilib. İclasda tərəflər arasında innovasiya sahəsində əməkdaşlığın inkişaf mexanizmləri və perspektivləri müzakirə olunub. Iclasda İşçi Qrupunun Belarus tərəfdən rəhbəri, Belarus Respublikasının Dövlət Elm və Texnika Komitəsi sədrinin birinci müavini Andrey Kosovskinin rəhbərliyi altında Belarusiya nümayəndə heyətinin üzvləri və AMEA- nın nümayəndələri o cümlədən İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Əliyev Telman, laboratoriya müdiri, texnika elmləri doktoru Quluyev Qəmbər, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Babayev Tofiq, laboratoriya müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Paşayev Ədalət, aparıcı elmi işçi, riyaziyyat üzrə fəlsəfə doktoru Səbziyev Elxan da iştirak etmişdirlər.

Andrey Kosovskiy ölkələrimiz arasında elm və təhsil sahəsində əlaqələrin inkişafından söz açıb. A.Kosovskiy Belarus Respublikasının innovativ infrastrukturuna dair təqdimatla çıxış etmişdir.

Görüşdə, həmçinin fundamental tədqiqatlar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan və Belarus arasında birgə innovativ layihələr müsabiqəsinin elan edilməsi ilə bağlı müzakirələr aparılıb, rəy və təkliflər irəli sürülüb. Sonda tərəflər arasında elmi-texniki əməkdaşlığa dair protokol imzalanıb.

Günün ikinci yarısında İdarəetmə Sistemləri institutunda Belarus nümayəndə heyətinin nümayəndələri Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin professoru, «Интеллектуальные Процессоры» şirkətinin direktoru, t.e.d. M.M.Tatur, "OKB TCP” EİB-nin layihə rəhbəri , t.e.n., dosent V.D.Novikov və Azərbaycan Silahlı qüvvələri Hərbi akademiyasının nümayəndələri ilə görüş keçirilmişdir və Belarusiya və Azərbaycan Respublikaları arasında texnologiyaların və innovasiyaların, elmin inkişafının vəziyyəti və perspektivləri, qarşılıqlı innovativ fəaliyyətin həyata keçirilməsi, texnologiyaların transferi sahəsində əməkdaşlıq və başqa mövzular ətrafında fikir mübadiləsi aparılmışdır. Görüş zamanı qarşılıqlı innovativ layihələrin həyata keçirilməsi və texnologiyaların transferi sahəsində əməkdaşlıq, o cümlədən, xüsusi təyinatlı mobil robot-texniki avadanlıqların və yeni naviqasiya sistemlərinin işlənməsi və tətbiqi layihələri müzakirə mövzusu olmuşdur.