30 noyabr 2018-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun növbəti Elmi Şurasının iclası keçirildi. İclasda İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev institutun 2018-ci il üzrə elmi və elmi-təşkilatı fəaliyyətinin yekunu haqqında hesabatı təqdim etdi.
Telman Əliyev 2018-ci il ərzində aşağıda görülmüş işlər barədə məlumat verdi:
- elmi-tədqiqat işləri planlarının yerinə yetirilməsi və alınmış mühüm nəticələr;
- patentlər:
- elmi-tədqiqat proqramlarının müsabiqələrdə iştirakı: qrantlara layiq görülən işlər, davam etdirilən layihələr, başa çatdırılmış layihələr və proqramlar;
- kadr hazırlığı;
- xarici qonalarla görüşlər;
- Institutun jurnalı.