TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Rusiyanın ROTEK şirkəti ilə İSİ arasında görüş keçirildi

03.04.2019 / Görüşlər2606

3 aprel 2019-cu il tarixində Rusiyanın ROTEK şirkətinin marketinq direktoru Markelov Artyomun rəhbərliyi ilə bir qrup nümayəndə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda olmuşdular. Şirkətin nümayəndələri ilə  İnstitutun direktoru akademik Telman Əliyev və bir qrup elmi işçi arasında  görüş keçirildi. Rusiyanın ROTEK şirkəti sənaye avadanlıqlarının texniki vəziyyətinin proqnozlaşdırılması, etibarlılığının idarəedilməsi və monitorinqini həyata keçirən PRANA sistemi barədə genis məlumat verdi. Şirkət Azərbaycanda energetika sahəsində həyata keçiriləcək layihələrdə iştirak etməyi planlaşdırır. Bu məqsədlə ROTEK şirkəri ilə İSİ arasında gələcək əməkdaşlıq ətrafında müzakirələr keçirilmiş və energetika sahəsində birgə layihələrdə iştirak etmək imkanlarına baxılmışdır.