TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

AMEA İSİ-də Schneider Electric şirkətinin müasir avadanlıqlarının təqdimatı keçirilib

05.04.2019 / Konfranslar, İclaslar, Çıxışlar2764

2-5 aprel 2019-cu il tarixlərində  AMEA Idarəetmə Sistemləri İnstitunda Schneider Electric şirkətinin mütəxəssisləri tərəfindən şirkətin tezlik çevricilərinin sənaye və kənd təsərrüfatının müxtəlif sahələrində tətbiqi və istismarına dair dörd günlük texniki təlim kursları keçirilib. Təlimin mövzusu müasir tezlik çevricilərinin iş prinsipi,     texniki istismar qaydaları, proqram təminatı və müxtəlif sahələrdə tətbiqi üzrə funksiyalarının nəzəri və praktiki izahından ibarət olmuşdur. Son illər AMEA İSİ və AMEA “Kibernetika” XKB SOCAR-ın  nef-qaz mədənlərində   intellektual idarəetmə sistemlərinin tətbiqini  həyata keçirir və bu işlərdə Schneider Electric şirkətinin müasir avadanlıqlarından geniş istifadə edilir.
Bununla əlaqədar olaraq Schneider Electric şirkətinin istehsal etdiyi avadanlıqlardan istifadə edən mütəxəssislərin hazırlığı və sertifikatlaşdırılması məqsədi ilə AMEA “Kibernetika” XKB və Schneider Electric şirkəti arasıda müvafiq  kursların keçirilməsi üçün uyğun müqavilə bağlamışdır.
Təlimlər   Schneider Electric  şirkətinin Türkiyə təmsilçisi Hasan Baran tərəfindən həyata keçirilmişdir. Təlimlərin sonunda kursu müvəffəqiyyətlə bitirmiş mütəxəssislərə  sertifikatlar təqdim edilmişdir. Bu sertifikatlar mütəxəssislərə Schneider Electric şirkətinin ALTİVAR 61, ALTİVAR 71, PROCESS 630, PROCESS 930 avadanlıqlarının tətbiqi və istismarı üzrə  işlərin yerinə yetirilməsində xüsusi səlahiyyət  verir.