TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Akademik Telman Əliyev və RUSAL TRİZ rəhbərliyinin AMEA YT Parka səfəri, Alunit yatağının emalı, innovativ cəmiyyət üçün kadr hazırlığı məsələlərin müzakirəsi

15.04.2019 / Konfranslar, İclaslar, Çıxışlar2629

15 aprel 2019-cu ildə AMEA Yüksək Texnologiyalar Parkında akademik Telman Əliyevin rəhbərliyi ilə AMEA İdarəetmə Sistemləri İnstitutu, Rusiya Alüminium (RUSAL) şirkətinin TRİZ (Теория решения изобретательских задач) layihəsinin rəhbəri Mixail Semyonoviç Rubinin başçılıq etdiyi nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr keçirilmişdir.

Görüşü giriş sözü ilə açan AMEA Yüksək Texnologiyalar Parkının direktoru i.ü.f.d. Nazim Şükürov qonaqları salamladıqdan sonra onlara YT Park haqqında ətraflı məlumat verdi. O, bu gün müasir dünyada böyük aktuallıq kəsb edən innovativ cəmiyyətin formalaşdırılması üçün kadr potensialının hazırlanması (texnokrat, innovator və s.) barədə sosial innovasiya təklifini verdi.

RUSAL şirkəti ilə AMEA YT Parkın gələcəkdə əməkdaşlıq əlaqələrinin formalaşdırılmasının müsbət nəticələr verə biləcəyi də tərəflər arasında müzakirə edilmişdir.

Alunitin emalı layihəsi üzrə RUSAL şirkətinin maraqları qarşı tərəfdən bildirilmişdir. Qeyd edilmişdir ki, YT Parkın imkanları, xüsusən də vergi və gömrük güzəştləri RUSAL üçün çox cəlbedicidir. Görüşün nəticələrinin RUSAL-ın rəhbərliyinə məruzə ediləcəyi M.S.Rubin tərəfindən bildirilmişdir.

Qonaqlar AMEA YT Parkda AMEA İdarəetmə Sistemləri İnstitutu ilə bərabər tezlik çeviricilərinin istehsalı layihəsinin həyata keçirilməsi niyyətləri barədə də məlumat verdilər.

Akademik Telman Əliyev qeyd olunan layihənin təqdimatı üçün zəruri olan sənədlər zərfinin 10 gün ərzində Ekspertlər Şurasının müzakirəsinə verilməsini tapşırdı.

Link: www.ameaytp.az