TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

AMEA-nın illik Ümumi yığıncağı keçirilib

01.05.2019 / Konfranslar, İclaslar, Çıxışlar2627

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov,  İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev,  müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları AMEA-nın elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. Sərgidə akademiyanın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlər və istehsal olunan yeni məhsullar nümayiş etdirilib.

Sonra Ümumi yığıncaq öz işinə başlayıb. Öncə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan dünyasını dəyişmiş görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Elmlə təhsilin vəhdətindən danışan AMEA rəhbəri bildirib ki, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi məqsədilə hesabat ilində mühüm tədbirlər həyata keçirilib. Vurğulayıb ki, 2018/2019-cu tədris ili üçün AMEA-nın magistraturasına 19 ixtisas, 48 ixtisaslaşma üzrə 67 nəfər yüksək balla qəbul olunub.

Akademik innovativ fəaliyyət sahəsində görülən işlər haqqında da məlumat verib. Hesabat ilində AMEA Yüksək Texnologiyalar Parkında (YTP) innovasiya mәhsullarının və yüksək texnologiyaların, həmçinin strateji əhəmiyyətli məhsulların hazırlanması, işlənilməsi, təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi istiqamətində mühüm nəticələr əldə edildiyini, 2018-ci ildə YTP-nin rezidentlərinin sayının 11-ə çatdığını deyib.

Beynəlxalq elmi əlaqələrdən danışan akademik Akif Əlizadə ötən il bir sıra xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlığa dair imzalanan müqavilələrin əhəmiyyətindən bəhs edib.

Məruzədən sonra AMEA-nın akademik-katibi, akademik Rasim ƏliquliyevAMEA Rəyasət Heyətinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair sualları cavablandırıb.

Yığıncaqda, həmçinin İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, akademik Asəf Hacıyev çıxış edib.

Ümumi yığıncağında  Açıq səsverməyə əsasən AMEA-nın akademik-katibi vəzifəsini   AMEA-nın müxbir üzvü Əminağa Sadıqov icra edəcək.

Daha sonra akademik Akif Əlizadə yekun nitqi ilə çıxış edib. AMEA rəhbəri doktorantura təhsilinin Avropa təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədilə Avropa İttifaqının Erasmus+ proqramının "Nizami" layihəsi çərçivəsində müvafiq tədbirlərin davam etdirilməsinin, gənc alimlərin təcrübə keçmək və təhsil almaq məqsədilə dünyanın nüfuzlu elmi mərkəzlərinə və ali təhsil müəssisələrinə göndərilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin vacib olduğunu nəzərə çatdırıb. Həmçinin multidissiplinar tədqiqatların gücləndirilməsi istiqamətində riyaziyyat və informatikanın elmin müxtəlif sahələrinə tətbiqinə xüsusi diqqət ayrılmalı, alimlərimiz dövlət siyasətinin mühüm prioritetlərindən birini təşkil edən qeyri-neft sektorunun inkişafına öz töhfələrini verməlidirlər.

Sonda akademik Akif Əlizadə Azərbaycan alimlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mənbə - www.science.az/news/open/10309