19 iyun 2019-cu il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda aşağıdakı məsələ müzakirə edilmişdir:
1. 11 iyun 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin AMEA-nın elmi-tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilərin keçirilməsi haqqında elana əsəsən İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsinə Elmi şura tərəfindən namizədliyin irəli sürülməsi.
QƏRARA ALINDI :
- Akademik Telman Abbas oğlu Əliyevin İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsinə seçilməsi üçün namizədliyi təsdiq edilsin.
- Akademik Telman Abbas oğlu Əliyevin İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsinə namizədliyinin qeydə alınması üçün AMEA-nın Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsinin qarşısında vəsatət qaldırılsın.