Dünyada ilk dəfə Azərbaycanda mobil telefonlaı vasitəsi ürək-damar xəstəliklərinin gizli dövrünü aşkar etmək mümkün olacaq.
Bu barədə AMEA-nın Kibernetika İnstitutunun direktoru Telman Əliyev APA-ya məlumat vermişdir.
Onun sözlərinə görə, rəhbərlik etdiyi institutda, küylərinin analizi əsasında və robast proqramlaşdırma aparatı vasitəsi ilə ürək-damar sistemində patoloji proseslərin gizli dövrünün monitorinqinin nəzəri əsasları işlənmişdir. Bu, xəstəliklərin aşkar edilməsi üçün mobil telefonlardan kütləvi istifadə etmək imkanlarını nümayiş etdirmişdir.
Cari ilin sonuna qədər mobil telefonlar vasitəsi ilə ürək-damar sistemi xəstəliklərinin gizli dövrünün monitorinqini aparmaq və ya xəstələrdə gedən dəyişiklikləin dinamikasını izləmək mümkün olacaq.
İnstitutun direktoru demişdir ki, bu layihəni həyata keçirmək üçünhələ mobil operatorlar ilə danışıqlar aparılmayıb: "Biz əvvəl layihəni nümayiş etdirmək istəyirik. Bu layihəyə xarici ölkələrin də böyük marağı vardır. Bizə İngiltərədən, İspaniyadan və Polşadan təkliflər olunub. Növbəti ilin oktyabr-noyabr aylarında bunu mobil telefonları vasitəsi ilə nümayiş etdirəcəyik.”
T.Əliyev monitorinqin diaqnostika olmadığını söyləmişdir: "Monitorinq sadəcə ürək-damar sistemi problemi olan insanlara prosesin başlanması haqqında xəbər verəcək. Diaqnozu həmişəki kimi, həkimlər verəcəkdir. Telefon həkimi əvəz edə bilməz”.
T.Əliyevin sözlərinə görə bu yenilik küy analizinin və krizislərin gizli dövrünün monitorinqi texnologiyası əsasında işlənmişdir. Yeni ixtira Avrasiya patenti ilə təsdiq edilmişdir və alınan nəticələr nüfuzlu jurnallarda dərc olunmuşdur.
link: day.az