14 oktyabr 2019-cu il tarixində Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) Hanbat Milli Universitetinin professoru Jong In Choi rəhbərliyi ilə bir qrup nümayəndəsi ( Qlobal Tədris Proqram Qrupun rəhbəri Eun Joo Kim, Qlobal İnnovasiya Strategiya Diviziyasının tədqiqatçısı So Hyun Kwon) AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda olmuşdular. STEPI nümayəndələri ilə İSİ-nin direktoru akademik Telman Əliyev və bir qrup elmi işçi arasında görüş keçirildi. Qonaqlar institutda son görülən işlərə aid sərgi ilə tanış olublar. Həmçinin T.Əliyev qonaqlara instututda həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi. Sonra İSİ və STEPİ arasında gələcək əməkdaşlıq barədə müzakirələr keçirildi.